"Dünyada həyata keçirilən terror aktlarında erməni izi var" ŞƏRH

"Dünyada həyata keçirilən terror aktlarında erməni izi var" ŞƏRH

"Bütövlükdə dünyadakı siyasi terror hadisələrini törədən toplum, millət ermənilərdir. Ötən əsrin əvvələrində Türkiyə, Azərbaycan ərazilərində, sonradan türk diplomatlarına, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliklərinə qarşı terror aktları ermənilər tərəfindən həyata keçirilib. Bütün bunlar erməni terrorunun mahiyyətini, tarixi qaynaqlarını nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan torpaqları işğal olunduqda da ölkəmiz eyni terror aktlarının şahidi olub.

Onun sözlərinə görə, bu gün dünyada həyata keçirilən terror aktlarında vaxtilə daşnakstyun, ASALA kimi terror təşkilatlarının həyata keçirdiyi terror aktlarının izi var: "Burada maraqlı məqa terrorçuların öz məqsədləri üçün ən müxtəlif amillərdən istifadə etməsidir. Erməni terrorçuları ilə bu gün PKK, İŞİD və digər terror qruplarının əlaqədə olduğu barədə çoxlu faktlar var. Bu gün işğal altında olan Azərbaycan ərazisi terror qruplarının təlim keçməsi üçün əlverişli bir zonaya çevrilib. Bir çox terror qrupları da məhz bu, nəzarətdən, eləcə də beynəlxalq hüquqdan kənarda qalan ərazilərdə terrora hazırlıq prosesini keçirlər. Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlayıb. Lakin təəssüf ki, terrora münasibətdə nümayiş etdirilən ikili standartlar bu gün terrorun genişmiqyaslı təzahürlərinin meydana gəlməsinə zəmin yaradır. İstər Yaxın Şərqdə Aralıq hövzəsində baş verən terror aktarı, istər Avropada, istərsə də hazırda Rusiyada, Türkiyədə baş verən terror hadisələri terrora münasibətdə sərgilənən ikili standartın, eyni zamanda terror qruplarının fəaliyyətindən, ayrı-ayrı güc mərkəzlərinin, xarici kəşfiyyət strukturlarının istifadəsinin nəticəsidir. Bu aspektdən bütün terror aktları, cinayətlər, vəhşiliklər kimi bir-birinə bənzəyir".

E. Mirzəbəyli əlavə edib ki, Ermənistana qarşı beynəlxalq birliyin mövqeyini ortaya qoymaması, erməni terrorizminin kökünün kəsilməsi istiqamətində addımların atılmaması terrorun yeni təzahürlərinin meydana gəlməsinə imkan verir: "Əgər terrora qarşı birmənalı mövqe sərgilənsə, bu kontekstdən konkret dövlətlərə qarşı deyil, fakta münasibət ortaya qoyulsa, təbii ki, bu problem bu gün geniş miqyaslı şəkildə vüsət almazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə