"Aprel savaşı torpaqlarımızı hər an azad etmək imkanına malik olduğumuzu göstərdi” AÇIQLAMA

"Aprel savaşı torpaqlarımızı hər an azad etmək imkanına malik olduğumuzu göstərdi” AÇIQLAMA

"Aprel döyüşləri zamanı Ermənistanın təxribatlarına cavab olaraq ordumuzun uğurlu əməliyyat keçirməsi Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik olduğunu bir daha göstərdi" . Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Aprel savaşının beynəlxalq aləmin bu məslə ilə bağlı mövqeyinə güclü təsir etdiyini deyən deputat bildirib ki, bütün bunlara baxmayaraq hələ də ATƏT-in Minsk qrupunun üzləri Ermənistana təyiz etmir: "Minsk qrupunun həmsədrlərinin söylədiklərindən belə fikir yaranır ki, Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsinə göz yummaq lazımdır və dövlətimiz güc yolu ilə öz ərazilərini işğaldan azad edə bilməz. Bu, çox təəssüf doğuran bir haldır. Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərməlidir və işğalçı öz adı ilə çağırılmalıdır".

Azərbaycan prezidentinin martın 31-də aprel döyüşlərində iştirak etmiş bir qrup hərbçilərlə keçirdiyi görüşdəki fikirlərinə toxunan B. Əliyev söyləyib ki, Ölkə başçısı sözügedən görüşdə Azərbaycanın mövqeyini bir daha bəyan edərək Minsk qrupunun həmsədrlərini və Ermənistanı konstruktiv danışıqlara və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağırıb: "Bunun başqa alternativi yoxdur. Dövlət BAşçısının həmin görüşdə söylədiyi kimi Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləmək, işğalçı qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə