“Bəzi mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub” Lavrov

“Bəzi mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub” Lavrov

"Vasitəçilərin köməyi sayəsində Bakı və Yerevan Qarabağ probleminin həlli ilə bağlı baza prinsipləri üzərində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıblar". SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Bakinskiy raboçiy" qəzetində iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan məqaləsində bildirib.

"Biz səmimi olaraq regiona sülhün və sabitliyin qayıtmasında, insanların öz həyatlarını itirməsinə son qoyulmasında, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa edilməsində maraqlıyıq. Bunun üçün mümkün olan hər bir şeyi edirik. Öz vasitəçilik missiyamızı həm müstəqil, həm də digər həmsədr ölkələr, ABŞ və Fransa ilə birgə aparırıq. Vasitəçilərin səyi nəticəsinə bir sıra mübahisəli məsələlərdə mövqeləri yaxınlaşdırmaq mümkün olub", deyə Lavrov yazıb..

O qeyd edib ki, vəzifəmiz mövcud inkişaflar əsasında balanslaşdırılmış həlli tapmaq üçün tərəflərə yardım etməkdir: "Bakı və Yerevanın qarşılıqlı güzəştlə getməlk üçün siyasi iradə göstərməyə hazır olacağını gözləyirik"

S.Lavrovun sözlərinə görə, irəli hərəkət üçün vacib olan münaqişə zonasında gərginliyin azaldılması, güc tətbiqi cəhdlərindəm imtinadır: "Rusiya problemin münaqişəyə cəlb olunan bütün tərəfləri qane edəcək həllinə dəstək verməyə, razılaşma əldə olunacağı təqdirdə isə digər həmsədrlər ilə birlikdə nizamlanmanın zəmanətçisi kimi çıxış etməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə