"Rusiya dünyanın iki əsas güc mərkəzlərindən biridir. Burada durumu idarə etmək elə də asan məsələ deyil. Üstəlik, Rusiyanın iddiaları ABŞ və Avropa Birliyinin yer aldığı Qərb koalisiyasını ciddi narahat edir. Ona görə də bu ölkənin qarışmasında, zəifləməsində maraqlıdırlar. Buna əsaslanıb belə bir ehtimal irəli sürmək olar ki, Peterburq terrorunun arxasında Qərb dayanır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
(6).jpg)
Onun sözlərinə görə, daha bir ehtimal isə odur ki, bu terroru Rusiya və Qərb qarşıdurmasını dərinləşdirməkdə maraqlı olan 3-cü qüvvələr edib: "3-cü ehtimal isə budur ki, Rusiyanın Suriya bataqlığındakı əməlləri islam adı altında dünyanı terror təhdidi altında saxlayan qüvvələr Peterburq metrosunu partladıb. Göründüyü kimi, konkret fikir söyləmək üçün hələ ki, əlimizdə tutarlı əsas yoxdur. Yalnız ehtimallarla danışa bilirik. Ona görə də rəsmi araşdırmaları gözləməkdən başqa çarə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB