“Financial Times”: “Ermənistan dənizə çıxışı olmayan ölkə kimi Rusiyanın iqtisadi tənəzzülə uğramasından da ciddi təsirlər alıb” SEÇKİ ŞƏRHİ
"Ermənistanın rusiyayönlü prezidenti hakimiyyətdə qalacaq, onun partiyası seçkilərdə daha çox səs toplayıb". SİA xəbər verir ki, bu barədə "Financial Times" nəşri adıçəkilən ölkədə keçirilmiş parlament seçkilərini şərh edərkən yazır. Nəşr Ermənistanda saxtalaşdırılmış seçki nəticələrinə əsaslanaraq yazır ki, hesablamalara görə, Serj Sarkisyanın "Respublika" partiyası bazar günü keçirilmiş seçkilərdə 97% səs toplayıb. Eyni zamanda, müxalifətçilərin alyansı hesab edilən "Tsraukyan" bloku 27,9% səs yığıb.
"Financial Times" xatırladır ki, 2015-ci ildə keçirilmiş referendumun nəticələrinə görə, ölkə parlament üsul-idarəçiliyinə keçəcək və Serj Sarkisyan 2018-ci ildə çox yəqin ki, Ermənistanın baş naziri olacaq.
"Sarkisyan rolunu dəyişərək baş nazir olacağı zaman partiyanın lideri qismində "arxa planda" qalaraq, hakimiyyəti əlində saxlayacaq"
Nəşr yazır ki, Sarkisyanın rəqibləri islahatların (parlament üsul-idarəsinə keçid) sadəcə görüntü xarakteri daşıdığını deyərək, 62 yaşlı prezidentin bu vasitə ilə üçüncü onillikdə hakimiyyəti əlində saxlamaq cəhdi kimi qiymətləndirirlər: "Sarkisyan rolunu dəyişərək baş nazir olacağı zaman partiyanın lideri qismində "arxa planda" qalaraq, hakimiyyəti əlində saxlayacaq".
"Son illər Ermənistan Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə cəhd edir və bununla yanaşı, ölkə Rusiya ilə investisiya və ticarət əlaqələri baxımından Moskvanın maliyyə dəstəyinə arxalanır. Ermənistan dənizə çıxışı olmayan ölkə kimi Rusiyanın iqtisadi tənəzzülə uğramasından da ciddi təsirlər alıb: ötən il Ermənistanda ÜDM 0.2.% azalıb"-deyə yazan "Financial Times" qeyd edir ki, hakimiyyətlə eyni koalisiyada fəaliyyət göstərən "Daşnaksyutun" partiyası yenidən parlamentdə təmsil olunmaq ixtiyarını əldə edib. "Əgər iki partiya birgə əməkdaşlıq etmək məsələsində razılığa gəlsələr, hansı ki, bu ehtimal gözləniləndir, Sarkisyan baş nazir olaraq fəaliyyət gstərəcək".
"Transparency International": ""Ermənistanda 2000-dən çox seçki pozuntuları qeydə alınıb"
Məqalə müəllifləri "Transparency International" hüquq-müdafiə təşkilatına istinad edərək yazırlar ki, seçkilərdə kütləvi qanun pozuntuları aşkarlanıb: "Ermənistanda 2000-dən çox seçki pozuntuları qeydə alınıb".
"Avropa İttifaqı baza günü keçirilmiş seçkilərə görə maliyyə və texniki əməkdaşlıq təklif edib. Avropa İttifaqının nümayəndələri ötən həftə İrəvanda seçicilərin administrativ hədələrə məruz qalmaları, rüşvətlə alınmaları, səslərinin partiyaların xeyrinə hesablanmaları cəhdləri ilə bağlı xəbərdarlıq ediblər"-deyə "Financial Times" nəşrinin müəllifləri xatırladıblar.
"Human Rights Watch": "Jurnalistlər döyülüb, aksiyaçılara qarşı əsassız cinayət işləri ittihamları sürülüb"
"Financial Times" sonda 2016-cı ildə Ermənistanda baş verən etirazlara və digər hüquq müdafiə təşkilatı olan "Human Rights Watch"ın hesabatınba istinadən yazır ki, nümayişçilərə qarşı həddindən artıq güc tədbiq edilib: "Bundan əlavə, jurnalistlərə, o cümlədən, aksiya iştirakçılarına qarşı əsassız cinayət ittihamları irəli sürülüb".
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə