"Ermənistanda seçkilər pozuntularla keçirilib" Beynəlxalq müşahidəçilər
Ermənistanda keçirilən parlament seçkilərində səslərin alınması, məmurlara və özəl şirkətlərin əməkdaşlarına təzyiq göstərilməsi kimi məlumatlar qeydə alınıb. SİA-nın məlumatına görə, bununla bağlı beynəlxalq müşahidəçilərin birgə dərc edilmiş ilkin bəyanatında deyilir.
Bəyanatda vurğulanıb ki, seçki günü ümumilikdə sakit keçsə də, müşahidə aparılan bəzi seçki məntəqələrində seçicilərin gərginliyi müşahidə edilib. O da vurğulanıb ki, seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan götürməyib: "Şikayətlərə baxılması proseduruna dair etimadın olmaması səbəbindən cəmiyyətdə qanun pozuntularına dair məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur".
Bəyanatda beynəlxalq QHT-lərin seçkiləri müşahidə etməsinə icazə verilmədiyi və bunun ATƏT qarşısındakı öhdəliklərinə zidd olması da əlavə edilib.
Qeyd edək ki, müşahidəçi missiyasının tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB