Müşahidəçilər Ermənistandakı seçkilərdəki qanun pozuntularını açıqladılar

Müşahidəçilər Ermənistandakı seçkilərdəki qanun pozuntularını açıqladılar

Müşahidəçilər Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntularının olduğunu açıqlayıblar. SİA-nın xəbərinə görə, "Vətəndaş müşahidəçisi" təşəbbüsü, Müstəqil müşahidəçilər" İctimai Birliyi və Ermənistan Helsinki Komitəsi ötən gün səsvermə başlanandan 3 saat sonra bir sıra qanun pozuntularına yol verildiyini açıqlayıblar.

Bildirilir ki, İrəvanın inzibati rayonlarda əsasən də İrəvanın Malatia- Sebastia (7/9), Erebuni (10/39, 10/5), Kentron (9/44, 9/36, 9/37, 9/35, 9/16, 9/30), Nor Nork (2/30) bölgələrində yerləşən seçki məntəqələrində seçici "izdihamı", səsvermə prosesinin pzulması, texniki qurğuların çatışmazlığı və digər pozuntu halları qeydə alınıb.

Xüsusilə də İrəvanın Kentron rayonundakı 9/44 saylı seçki məntəqəsində gizli səsvermə, seçiciyə müdaxilə, kənar şəxslərin səsverməsi və digər faktlar aşkarlanıb.

Kentron rayonunun 9/52 saylı seçki məntəqəsində isə təkrar səsvermə halı aşkarlanıb.

Erebuni inzibati rayonunda 10/5 saylı seçki məntəqəsində gizli səsvermə, seçicilərə köməklə bağlı qaydaların pozulması, səsvermə prosesində kənar şəxslərin iştirakı, eləcə də məntəqələrə yaxın ərazidə həddindən artıq insan və avtomobil izdihamının olması kimi neqativ hallar aşkarlanıb.

İrəvanın Malatia- Sebastia bölgəsində texniki problemlərin olduğu nəzərdən qaçmayıb. İrəvanın Arabkire bölgəsində yerləşən 4/44 saylı seçki məntəqəsində isə seçicilərin seçiminə qarışaraq onlara müəyyən təkliflərin verilməsi kimi faktlar qeydə alınıb.

Vernashen Dərələyəz mahalındakı 36/29 saylı seçki məntəqəsində əlil şəxslərin səsverməsi üçün pandus olmayıb: "Həmin ərazidə dar qapıların olması əlil arabasında olan şəxslərin səsvermədə iştirakına əngəl yaradıb".

Vanadzor Lori bölgəsindəki 23/21 saylı seçki məntəqəsində seçicilərə yersiz şəkildə çoxlu sayda yardım simalarının olması qeydə alınıb. Bununla bağlı seçicinin fikri alındıqda o deyib: "Sadəcə onların istədikləri şəkildə səs verəcəyimizə inanmırlar".

Sədr həmin seçicini məntəqədən uzaqlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə