"Seçkilərin saxtalaşdırılması Sarkisyan tərəfindən hazırlanmışdı" MÖVQE
"Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı ssenari Sarkisyan tərəfindən əvvəlcədən hazırlanmışdı. Biz son zamanlar Sarkisyanın hansı ölkələrə gedib, kimlərdən dəstək istədiyini yaxşı bilirik. Bu baxımdan ötən gün keçirilən seçkilərdə onun partiyası düşünülmüş şəkildə üstünlük qazandı". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Ermənistan parlamentinə başqa qüvvələrin daxil olması mümkün deyildi: "Çünki, onların düşüncələri, siyasi addımları rəsmi İrəvana zidd addım ola bilərdi. Digər tərəfdən biz Ermənistanda keçirilən seçkilərdə kütləvi şəkildə saxtalaşmanı da gördük.
Bunu müşahidəçilər də açıq şəkildə bəyan etdilər. Beləliklə Sarkisyanın ssenarisi, saxtalaşma, xarici dəstək hazırki nəticələrə gətirib çıxartdı. Düşünürəm ki, Sarkisyan bütün adminstrativ resurslardan, güc strukturlardan istifadə edərək istədiyi nəticəni əldə etmiş oldu".
Ermənistanda 2008-ci ildə də seçkilərin saxtalaşdırıldığını xatırladan F. Sadıqov söyləyib ki, eyni məntiq bu seçkilərdə də tətbiq edildi: " 2008-ci ilin prezident seçkilərində bir çox insanlar həbs edilərək, onlara işğəncə verilib, nümayişlər zamanı bir neçə insanlar belə həlak olub. Düzdür, bu məsələ Avropa Şurasında müzakirə olunub, lakin təəssüf ki bununla bağlı heç bir qərar çıxarılmayıb".
Politoloq əlavə edib ki, bundan sonra Ermənistanda etirazlar daha da arta bilər: " Bu nəticələrlə razılaşmayan qüvvələrin az olmadığını nəzərə alsaq, düşmən ölkədə siyasi mübarizədə gərginliyin olacağı istisna edilmir. Bu gərginlik nəticələrə güclü şəkildə təsir etməsə də bütün məsələlərin Sarkisyanın ssenarisi əsasında gedəcəyi anlamına da gəlmir. Ermənistandakı məqamların hansı istiqamətdə gedəcəyi yaxın zamanlarda aydınlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB