“Erməni xalqı seçkilərin nəticəsini qəbul etməyəcək” MÜNASİBƏT

"Ermənistanda 2 aprel seçkiləri hərbi xuntanın erməni seçicisinin siyasi iradəsini zorlaması ilə yadda qaldı. Bu növbəti dəfə ölkədə nəinki demokratiyanın hətta elementar seçki hüququnun belə olmadığını bir daha göstərmiş oldu. Seçki başdan ayağa bütün proses boyu saxtalaşdırmaya məruz qaldı. Seçicilərin sayı 2.5 milyon göstərildiyi halda seçkidə cəmi təqribən 1.3 milyon seçicinin iştirak etdiyi bildirildi. Amaa hamıya aydındır ki, işğalçı ermənistanda nəinki bu qədər seçici heç bu qədər əhali yoxdur". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, saxtalaşdırma miqyası elə böyük ölçüdə nəzərdə tutulmuşduki MSK heç bunun öhdəsindən tam gələ bilmədi: "Çünki real bir milyon yarım əhalisi olan ölkədə iki milyon yarım seçki bülletenini saxtalaşdırmaq özü xeyli vaxt və resurslar tələb edən işdir. Ona görə də məcbur oldular ki, şişirtdikləri seçici sayını sonda bir milyon üç yüz minə endirsinlər. Seçici korusellərindən, səslərin alınmasından başlamış insan ölümünə qədər hər cür qanun pozuntusu müşahidə edildi. Hakim partiyanın namizədlərinin birinin ofisində rəqibinin cəsədi tapıldı".

H.Babaoğlu bildirib ki, aprel döyüşlərinin kölgəsində baş tutan bu seçkilərdə əvvəlcədən nəzərdə tutulmuş bölgü üzrə səslər paylanıldı: "Birincilik hərbi xunta rejiminə aid olan Respublikaçılar partiyasına, ikinci yer hakimiyyətə yaxınlığı ilə tanınan Erməni Dirçəliş partiyasına, üçüncü yer isə Daşnaksütyun partyasına verildi. Bu görünməmiş saxtakarlıq idi. Halbuki seçkidən öncə ən çox elektorat Erməni Mill konqresi və Raffi - Ohanyan bloku ətrafında cəmlənmişdi. Bunların heç birinə lazım olan yeddi faizlik baryeri keçməyə icazə vermədilər. Çünki hər iki seçki bloku Qarabağı qaytarmaq çağırışları ilə çıxış edirdilər. Məsələ ondadır ki, seçkidən öncə xaricə etdiyi səfərlərdə hərbi xunta rejimin başçısı Sarkisyan siyasi dilənçilik edərək müəyyən məsələləri müəyyən mərkəzlərlə razılaşdırmışdı. Əks təqdirdə bu qədər cəsarətlə seçkini saxtalaşdıra bilməzdi. Ancaq erməni xalqı bu nəticəni qəbul etməyəcək və nəticədə bu zorakı hakimiyyətin mövqeləri hər keçən gün bir az daha laxlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə