Manvel Yegizaryan: “Burnunlarının suyunu axıdan quldurlar indi zəngin adamlara çevrilərək xalqın qanını içirlər” ERMƏNİ NAMİZƏD
"Reallıq budur ki, insanlar başlarnı itiriblər, onlar heç kimə inanmır, cəmiyyətdə fəallıq yoxdur". SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci informasiya saytına (1in) Ohanyan-Raffi-Oskanyan" blokundan deputatlığa namizədliyi irəli sürülmüş "Birlik" partiyasının üzvü Manvel Yegizaryean bildirib. Onun sözlərinə görə, artıq cəmiyyətdə belə bir təbəqə yaranıb – öz səslərini satanlar: "40-50 faiz insan pul gözləyirlər, artıq onlar belə razılaşıblar ki, pulu alıb, öz səslərini satacaqlar.
Yegizaryanın sözlərinə görə, milyardları oğurlayan insan özünü siyasətçi və günahsız mələk kimi sərgiləyir, xalq isə onlara inanmır: "Lakin arenada xalqı öz ətrafında birləşdirəcək yaxşı, dürüst xadim də yoxdur. Biz belə olarsa, bu cür insanlarla əməkdaşlıq edərik. Lakin mövcud ağır və acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü bütün siyasi partiyalarla, oradakı şəxslərlə əməkdaşlıq etmək mümükündür".
Ermənistanın post-seçki dövründə inkişaf edən olaylara da münasibət bildirən Manvel Yegizaryan qeyd edib: "Əgər insanlar bu yolla getməyi bacarmayacaqlarsa, onda biz nəyə görə mübarizəyə başlayırıq? Mənə qalsa idi mən heç namizəd kimi qeydə də düşməzdim, əsl mübarizəmi küçələrdə aparardım".
Erməni müxalifətçi hakimiyyətlə mübarizədə yalnız istəyin deyil, mümkünlüyün də olmasınının vacibliyini deyib: "Biz də artıq çaş-baş qalmışıq ki, kim-kimin qohumudur. Dünən Seyran Ohanyanı "göylərə qaldırırdılar", bu gün isə o müxalifətin sahəsində dayanıb...Əgər o həqiqi hərbçidirsə və mübarizəsini davam etdirməyərək geri çəkiləcəksə, demək onun peşəkarlığı yoxdur və heç nəyə də yaramır. Hər bir insan öz adını tanıdır, portretini çəkir"
"Burnunun suyunu axıdan quldurlar, oğrular indi zəngin adamlara çevrilərək xalqın qanını içirlər. Ölkəni parçalayıb leşə döndərdilər, indi də gprüşənlər kimi onu dartışdırmağa davam edirlər. Onları qovmaq üçün bütün hüquqlar, hətta yazılmayan qanunlar bizdədir"-deyə Yegizaryan bu sözlərin onun şəxsi fikirləri olduğunu deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB