"Prezidentlərin görüşü o zaman baş tuta bilər ki..." AÇIQLAMA

"Prezidentlərin görüşü o zaman baş tuta bilər ki..." AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Yəni tərəflər bu görüş vasitəsilə öz dövlətlərinin mövqeyini bir daha çatdıra biləcəklər". Bunu SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, XİN başçılarının növbəti görüşü zamanı Azərbaycan tərəfi bir daha Ermənistanın işğalçılıq və hədə-qorxu siyasətini ilk növbədə Ermənistan üçün ağır nəticələr gətirəcəyini onların diqqətinə çatdıracaq.

Prezidentlərinin görüşünə gəlincə, A. Mirzəzadə qeyd edib ki, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü düşmən ölkənin mövqeyindən asılıdır: Prezidentlərin görüşü o zaman baş tuta bilər ki, ortada konkret mövzu və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacağı barədə mövqeyi olsun. Əks halda bu mümkün deyil. Çünki indiyədək onlarla görüşlər keçirilib və bu görüşlərdə düşmən ölkə hər zaman özünü qeyri-ciddi dövlət kimi tanıda bilib".

Məlumat üçün nəzərinizə çatdıraq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür: "Bilirsiniz ki, Moskvada xarici işlər nazirləri ayrıca görüşlər keçiriblər. Hesab edirik ki, yaxın gələcəkdə - bir ay sonra yox, daha tez müddətdə XİN başçıları prezidentlərin görüşünü təşkil etmək üşün Moskvada görüşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə