“İşlər Sarkisyanın istədiyi kimi getmir” AÇIQLAMA

“İşlər Sarkisyanın istədiyi kimi getmir” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarksyan çox yaxşı bilir ki, "İsgəndər" silahlarının Azərbaycan üçün heç bir qorxusu yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, "İsgəndər" silahları Cənubi Qafqazda qeyri-effektivdir: "İrəvan unutmamalıdır ki, Azərbaycan eyni anda bir neçə istiqamətdən İrəvanı yerlə yeksan edə bilər və Bakıdan fərqli olaraq İrəvan özünü bizim belə hücumumuz qarşısında müdafiə edə bilməyəcək.

Sarksyanın bu bəyanatı seçkilərdən öncə daxili auditoriya üçün hesablanıb. İşlər onun istədiyi kimi getmir, Qarabağ kartından istifadə etməklə özünə xallar qazanmaq istəyir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı məcraya keçəcəyi may–iyun aylarında bəlli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə