“Dağlıq Qarabağ münaqişəsi vasitəçi olmadan həll edilməlidir” Lukaşenko

“Dağlıq Qarabağ münaqişəsi vasitəçi olmadan həll edilməlidir” Lukaşenko

"Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir". SİA "armeniasputnik"ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın bu ölkədəki səfiri Armen Xaçatryanla görüşündə deyib. O bildirib ki, bu məsələ ilə münaqişə tərəfləri məşğul olmalıdır: "Birbaşa demək istəyirəm ki, bu bizim, mənim məsələm deyil. Bizim burada edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistanda və Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq mövqeyim birdir: insanlar ləyaqətli yaşamağa layiqdirlər. Daha sonra deyirəm ki, bu gün Dağlıq Qarabağda insanların yaxşı və layiqincə yaşadığına inanmıram. Ona görə də bizim mövqeyimiz birmənalıdır, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir".

Lukaşenko hesab edir ki, insanların həlak olmasından və yoxsulluğundan siyasətdə vasitə kimi istifadə etmək olmaz: "Bu bizim dünyadakı bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə