Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bu gün Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək. SİA-nın Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müşaviri Ümit Yalçın və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Türkiyənin paytaxtı Ankarada aparılacaq.

Məsləhətləşmələrdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq məsələlər də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə