Ukraynanın Xarkov vilayətinin Balakley şəhəri yaxınlığında yerləşən böyük silah-sursat ambarı partlayıb. SİA Ukrayna mediasına istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, hadisə yerində güclü yanğın baş qaldırıb. Hətta yanğın bir neçə kilometrlər uzaqdan görünür. Eyni zamanda uzaq məsafələrdən belə, ardıcıl partlayış səsləri eşidilir.
Mətbuat xəbər verir ki, artıq Balakey şəhərinin sakinləri təxliyyə olunurlar. Onlar öz evlərini atıb-qaçmağa məcbur olublar. Yollarda nəqliyyat sıxlığı müşahidə edilir. O cümlədən, mobil əlaqələr nasaz vəziyyətə düşüb.
Hadisənin təxribat olduğu barədə iddialar araşdırılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB