London metrosunda bomba həyacanı TERROR?

London metrosunda bomba həyacanı TERROR?

Ötən gün Londonda baş verən terror olayının ardınca, digər narahatlıq doğuran xəbərlər yayılmaqda davam edir. SİA Britaniyanın yerli mətbuatına istinadən xəbər verir ki, "Şimali Qrinviç" metro stansiyasında insanlar təxliyyə edilib. Belə ki, stansiyanın vestibülündə şübhəli bağlama aşkar olunub. Hazırda orada polis işləyir. Eyni zamanda yeraltı və yürüstü nəqıiyyatın hərəkəti də dayandırılıb.

"Şimali Qrinviç" stansiyası Londonun cənub-şərq hissəsində, "O 2" futbol arenasının yaxınlığında yerləşir.

Qeyd edək ki, parlament binası yaxınlığında-Vestminster körpüsündə naməlum şəxs avtomobili insanların üzərinə sürüb, sonra isə bıçaqla hücum edib. Polisin müdaxiləsindən sonra o güllələnib. Baş verən terror hücumu nəticəsində 5 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə