Almaniyanın aparıcı mətbu orqanlarından olan "DWelle" dünən Frankfurtda keçirilən PKK yürüşünə izn və polis qoruması verilməsinin ardınca Türkiyənin bunu qəbul etməyəcəyi və münasibtlərin daha da gərginləşməsinin qaçılmaz olduğunu yazıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə nazirlərinin referendumla bağlı minitqlərə qatılmalarının əngəllənməsinin Türkiyə ilə Hollandiya və Almaniya arasında yaratdığı böhran sürərkən, şənbə günü Frankfurt şəhərində keçirilən "Kürd etirazlarına izn verilməsi" Almaniya mediasında "Türkiyə ilə əlaqələri daha da gərginləşdirəcək" kimi fikirlərə səbəb olub.
"DWelle"nin ingilis dilli səhifəsində bildirilir ki, Avropa Türkiyəyə "demokratiya çağırışları" edərkən, öz daxilində terrorçulara dəstək verən mitinq və yürüşlərin keçirilməsinə göz yumur.
"Türkiyə terrora dəstəyə sərt münasibət bildirdi"-deyə yazan alman media qurumu Türkiyə XİN-nin sözügedən yürüşə icazə verilməsini sərt şəkildə qınadığını və hiddətləndiyini yazıb. "Türkyiə tərəfi Almaniya hökumətini qınayarkən, türk nazirlərinin 16 aprel referendumu üçün bəzi Avropa ölkələrində kampaniya keçirmələrinə əngəllər tördilərkən, Almaniyanın terrorçu bir təşkilata yürüş keçirməsinə izn verməsi ittiham olunmalıdır"-deyə "DWelle" yazıb.
PKK-nın Türkiyə, Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu bir təşkilat olaraq tanındığı barədə verilən xəbərdə PKK-nın 1993-cü ildən bu yana Almaniyada yasaq olunduğu xüsusilə qeyd edilib.
"Münasibətlər daha da gərginləşəcək"-deyə davam edən "DWelle" yazır ki, Türkiyə dəfələrlə Almaniyanı Avropa miqyasında on minlərcə dəstəkçisi olan PKK-nı dəstəkləməkdə suçladı: "Berlin isə suçlamaları rədd etməklə yanaşı, PKK tərəfdarlarını mühakimə etdiyini iddia edir. Ancaq bunun belə olmadığı göz önündədir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB