Prezident Beji Kaid əs-Sebsiyi təbrik edib

Prezident Beji Kaid əs-Sebsiyi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib. Məktubda deyilir

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə