Avropa İttifaqının gələcəyi ilə bağlı nikbinəm. İqtisadiyyat və təhlükəsizlik baxımından Avropa İttifaqının dağılması üçün heç bir səbəb görmürəm". SİA-nın məlumatına görə, bunu V Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Avropanın gələcəyi" panelində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib. Onun sözlərinə görə, bu gün Aİ-yə üzv bütün dövlətlər ittifaq daxilindəki iqtisadi əlaqələrin səviyyəsindən və iqtisadi komponentlərdən razıdırlar: "İqtisadiyyat Avropadaxili təlatüm üçün səbəb deyil. Bu gün Avrozona, hətta İspaniya və Yunanıstandakı böhranlardan sonra da kifayət qədər sabitdir, avro sabitdir. Bəziləri hesab edir ki, təcrid olunan ölkələr miqrasiya və terrorizm problemlərinin öhdəsindən uğurla gələ biləcəklər. Amma mən buna çox şübhə edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB