İnsanlar müasir dövrdə bütün xidmətlərdən yararlana bilir və daha yaxşı yaşayır. Bu isə elmi-texniki inkişaf nəticəsində baş verir". SİA-nın məlumatına görə, bunu məlumatına görə, bunu Monteneqro prezidenti Filip Vuyanoviç V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya hazırda bəzi problemlərlə üzləşib: "İnsanlıq terrorizmlə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya son qoyulur. Bu problemlərin qarşısını necə ala bilərik? Beynəlxalq səviyyədə güclərin birləşdirilməsi gələcəyin əsas elementi olmalıdır. Belə olanda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək. İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, regiona yaxşı nümunə olacaq". Makedoniya prezidenti George İvanov Paneldə çıxışı zamanı söyləyib ki, hazırkı dövr biz çox insanlar üçün qorxulu dövrdür:"Terroristlər, cihadçıların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalançı xəbərlər yayır, qorxu formalaşdırır. İndiyə kimi baş verənlər pik nöqtəyə çatıb. Əslində biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. İndiyə kimi qorxu ilə yaşamışıq, bundan sonra isə ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur". Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov çıxışında qeyd edib ki, Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır: " Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir". Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan P. Stoyanov bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Paneldə çıxış edən Albaniya prezidenti Albaniya Prezidenti Buyar Nişani bildirib ki, Albaniya böyük ölkə olmasa da onun min illik tarixi var;"Albaniya tarixən sivilizasiyalara öz töhfəsini verib. Avropanın mərkəzində yerləşdiyimiz üçün Avropaya da töhfələrimizi verə bilərik. Mənim ölkəm kommunizm imperiyası dövründə təcrid etmə dövrünü yaşayıb. Vətəndaşlarımız çox yoxsul şəraitdə yaşayıb. Berlin divarları aradan götürüldükdən sonra ölkəmiz öz dinamikasını göstərə bilib. Bu illər ərzində Albaniya tamamilə fərqli dövlətə çevrilib".
Albaniya prezidenti qeyd edib ki, ölkəsi kommunizm dağıldıqdan sonra inkişaf edə bilib:" Albaniya kiçik ölkə olsa da digər ölkələrə öz töhfəsini verə bilər. Çünki biz etibarlı tərəfdaşıq. Tarixən biz də bir çox problemlər olub. Bu region artıq imkanlar regiondur. Burada eybi millətlər yaşayır. Sabitlik baxımından imkanlardan düzgün istifadə olunmalıdır. Biz müharibələr, problemlərlə üzləşməsi izə baxmayaraq , yeni çağırışlarla üzləşib, yeni reallığı hörmət edərək inkişaf edirik. Biz eyni regionda yaşadığımız üçün eyni məqsədə nail olmağa çalışmalıyıq".
Paneldə həmçinin Gürcüstan prezidenti George Marqvelaşvili çıxışında Gürcüstanın bölgədə sülhün bərqərar olunmasında kı rolundan söz açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB