“Zaman” qəzetindən türk xalqına xəyanət HOLLANDİYADA+FOTO

“Zaman” qəzetindən türk xalqına xəyanət HOLLANDİYADA+FOTO

Fəaliyyətinə qadağa qoyulmuş "Zaman" qəzetinin Hollandiyada çap olunan versiyasında Türkiyə dövlətinə və xalqına qarşı növbəti xəyanət törədilib. SİA "Takvim"ə istinadən xəbər verir ki, adıçəkilən qəzet Türkiyə əleyhinə çıxış edən Avropa ölkələrinin fikirlərini dərc etməklə yanaşı, onun fəaliyyətinə son qoyulması tələblərini də qulaqardı edir.

"Hollandiyadakı faşist əməliyyatının bir parçası olmaqda canfəşanlıq edən xainlər vətəndaşlarımızı hədəf almağa başladı"-deyə qeyd edilən xəbərdə bildirilir ki, Hollandiya bu işi FETÖ terror təşkilatına verib. SİTAT: "Öncə vətəndaşlarımıza köpəklərlə hücum edən Hollandiya bu görəvi indi də FETÖ-yə tapşırıb".

Qeyd olunur ki, "Zaman" qəzetinin Hollandiya şöbəsi atlı-itli hücumlara uğrayan türklərin hollandiyalı polislərə təpik atması sırasında çəkilən foto üçün "Polis bu şəxsləri axtarır"-deyə manşet qoyub. "Fətullahçı xəyanət şəbəkəsi Hollandiyada demokratik haqlarını istifadə edərkən, polis tərəfindən köpəklərlə hücum edilən vətəndaşlarımızın ad və görüntülərini bir kəşfiyyat təşkilatı kimi bir-bir Hollandiya polisinə casusluq edib"-deyə yazıda bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə