Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı ilə bağlı elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müşahidə Şurasının üzvləri, habelə ölkənin bir çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media mənsubları iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini bayram münasibəti ilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb. V.Səfərli həmçinin bildirib ki, mütəmadi olaraq keçirilən bu tədbirlər Azərbaycanda jurnalistikanın inkişafı, məqalə yazılarının təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayır: "Fond bu il ərzində müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə bu kimi fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Nəticədə jurnalistlər müxtəlif mövzulara toxunaraq ölkədə cərəyan edən daxili və xarici prosesləri işıqlandırmaqla yanaşı ictimai rəyə münbit informasiyalar veriblər. Bu, həm də Jurnalistikanın inkişafında önəmli rol daşıyan mühüm amillərdəndir".
Sonda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında "SƏS" Media Qrupun əməkdaşları da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB