Moskva və Ankara Rusiya istehsalı olan C-400 "Triumf" havadan müdafiə raketləri komplekslərinin alınması istiqamətində danışıqlar aparır. SİA xəbər verir ki, bu barədə Rusiyanın "Rostex" dövlət şirkətinin baş direktoru Sergey Çemezov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
"Bəli, Türkiyə tərəfi kredit vasitəsilə bu silahlı əldə etmək istəyib, lakin məsələ hələ ki, həll olunmayıb. Sözügedən istiqamətdə maliyyə nazirlikləri danışıqlar aparır. Onlar necə razılığa gələcəklərsə, hansı qərarı verəcəklərsə biz də həmin istiqamətdə işlərimizi davam etdirəcəyik"-deyə Çemezov bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB