"Rusiya rəhbərliyi Federasiya Şurası qarşısında rusiyalı hərbçilərin Misirə və Liviyaya göndərilməsi barədə məsələ qaldırmayıb. Bu baxımdan, bu istiqamətdə yayılan informasiyalar sadəcə tələyə salmaq cəhdidir." SİA xəbər verir ki, sözügedən fikirləri "interfax"a Rusiyanın Fderasiya Şurası komitəsinin rəhbəri Viktor Ozerov deyib.
Qeyd edək ki, bundan öncə "reuters" agentliyinin verdiyi məlumata görə, Misiriq Qərb hissəsində, Liviya ilə sərhəddə Rusiya "spesnazı"nın əsgərləri görünüb. KİV-lər öz mənbələrinə istinadən məlumat yayıblar ki, bu fakt Moskvanın Liviya ərazisindəki rolunu gücləndirmək istəyinin göstəricisidir.
"Məndə bu barədə heç bir məlumat yoxdur. Lakin bu da əsas deyil. Çünki Federasiya Şurasına Rusiya silahlı qüvvələrinin Misir və Liviya ərazilərinə göndərilməsi barədə heç kim müraciət etməyib"-deyə Ozerov bildirib.
O, əlavə edib ki, əgər rus hərbçilərinin hər hansı bir xarici ölkəyə girməsi barədə qərar qəbul olunarsa, ilk növbədə həmin ölkələrin rəhbərliyi bu barədə müraciət etməlidir.
Ozerovun sözlərinə görə, mümkündür ki, belə bir informasiyanın yayılması ictimai rəyi Vaşinqtonun Rəqqanı azad etmək istiqamətində Suriyaya xüsusi xidmət əsgərlərini göndərmək qərarından yayındırmağa hesablanıb.
Rusiya hərbçilərinin Liviyaya daxil olması mümkünlüyünün nə qədər real olması sualını da cavablandıran Ozerov deyib ki, "biz hansısa hərbi-texniki işlər ətrafındakı əməkdaşlıqdan danışa bilərik. Lakin Rusiya silahlı qüvvələrinin Liviyada hərbi əməliyyatlara qoşulması BMT TŞ-nın, yaxud ölkə rəhbərliyinin qərarı olmadan mümkün deyil.
Federasiya Şurasının komitə rəhbəri beynəlxalq normalara hörmətlə yanaşdığını da qeyd edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB