Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon söhbəti baş tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telefon söhbətində tərəflər Suriyadakı vəziyyətin nizamlanması üzrə Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsinə hazırlıq prosesi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Astana görüşlərinin üçüncü turunun 14-15 mart tarixlərində keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB