Riçard Hoqland: "Münaqişənin hərbi həll yolu yoxdur"
"Biz ATƏT-in Minsk qrupunun üç həmsədri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə çox əhəmiyyətli görüş keçirdik. Həmçinin, XİN rəhbəri Elmar Məmmədyarovla müzakirələr apardıq". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, görüşlərdə ən yüksək səviyyədə danışığlar masasına qayıtmağın vacibliyini vurğuladıq: "2016-cı ilin aprel döyüşlərinin bir illiyi cəbhədə deyil, danışıqlar masasında qeyd edilməlidir. Münaqişənin hərb yolla həlli mümkün deyil. Biz bu mesajı gələn həftə İrəvan rəsmilərinə də çatdıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB