“Fransada soyadını dəyişməyən 500 min erməni yaşayır” Millət vəkili

“Fransada soyadını dəyişməyən 500 min erməni yaşayır” Millət vəkili

"Ümumiyyətlə Fransa dövləti dolayı yolla da olsa həmişə Ermənistan tərəfindən çıxış edib. Nəyə görə? Çünki burada Ermənistanın lobbisi güclüdür. Hətta Fransada soyadını dəyişməyən 500 min erməni yaşayır. Sarkisyan daha çox özlərinə yaxın olan adamların, lobbilərin məskunlaşdığı yerlərə səfərlər edir. Təbii ki, bunun səbəbləri çoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, Sarkisyan özü anlayır ki, Qarabağ məsələsi kuliminasiya nöqteyi-nəzərindən dirənib: "İkincisi cənab Prezident İlham Əliyevin son 3 ayda müsəlman ölkələrinə, Avropa İttifaqına və s. çox ciddi səfərləri olub. Bəlkə elə Sarkisyan da o cəhddə, bəhsə-bəhsdədir ki, Azərbaycan Prezidentinin uğurlu səfərlərinə qarşılıq özünü kompensasiya etsin. Təbii ki, Sarkisyan o nəticəni heç zaman ala bilməz. Digər tərəfdən Bakıda aprel döyüşlərinin ildönümü ərəfəsində Ermənistanda parlament seçkiləri gözlənilir. Sarkisyan çox gözəl anlayır ki, xüsusilə o aprel döyüşlərindən sonra öz nüfuzunu itirib və parlament seçkilərini uduzacaq. Bu gün Ermənistan prezidenti parlament seçkilərindən, Qarabağ müzakirəsindən daha çox öz siyasi taleyinin həllində maraqlıdır. Ona görə də o aprelə kimi səfərlər edəcək ki, öz siyasi kimliyini qoruya bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə