Dünyada kəskin siyasi qalmaqallar yaradan "Wikileaks" saytı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kiberməkanı haqqında yalnız 1% ifşaedici məlumat yayıb. SİA xəbər verir ki, bu haqda adıçəkilən saytın tvitter səhifəsində qeyd olunur.
Xatırladaq ki, bu ərəfədə MKİ-nin 9 min sənədini dərc edib. Bu sənədlər ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) sənədləri ilə demək olar ki, üst-üstə düşür və MKİ-nin fəaliyyəti MTA-nın fəaliyyətindən heç də fərqlənmir. Halbuki, MKİ-nin əsas fəaliyyəti kəşfiyyat üzrə qurulub. MTA isə elektron izləmə və casisluq üzrə fəaliyyət göstərən dövlət qurumudur.
"Wikileaks" iddia edir ki, MKİ-də təhlükə yaradan 1000-ə qədər virus və troyan kompüter kodu hazırlanıb. Bu kodlar istənilən elektron cihaza yeridilir və həmin cihaz üzərində nəzarət yaradılır.
"Wikileaks" onu da iddia edir ki, proqramlar yalnız mobil telefonlar və televizorlar üzərində deyil, eyni zamanda avtomobillərin elektron cihazları üzərində də işə salınır.
Maraqlıdır ki, bu məlumatlar üzə çıxdıqdan sonra dünyanın siyasət aləmində ciddi narazılıq yaranıb. Lakin MKİ-nin iddia ilə bağlı susqunluğu, eləcə də həmin sənədlər barədə heç bir rəsmi açıqlama verməməsi də belə nəticəyə gəlməyə səbəb olur ki, irəli sürülən iddialar həqiqətdir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB