Elçin Mirzəbəyli: “Ölkəmizə qarşı aparılan bu kampaniya da iflasa uğrayacaq”
"Əli Kərimli, Cəmil Həsənli və digərləri mahiyyətindən asılı olmayaraq istənilən hadisədən Azərbaycana düşmən kəsilən beynəlxalq təşkilatlara, xarici dairələrə yarınmaq üçün istifadə etməyə çalışıblar". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, polisoloq Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu, onların siyasi fəaliyyətlərinin ana xəttini təşkil edir: "Biz uzun ilədir ki, bu adamların eyni fəaliyyətlə məşğul olduğunu görürük. Əslində Mehman kimiləri cinayət törətməyə təhrik edən də elə belələridir. Belələri Mehman kimi ucuz şöhrətə meylli olan dayaz adamların avanturaları ətrafında şou yaratmaqla onları cinayət törətməyə təhrik edir və sonra da konkret cinayətlərinə görə həbs edilmiş şəxsləri qrant maxinasiyalarının predmetinə çevirirlər. "Sərhədsiz Reportyorlar", "Freedom House" kimi təşkilatlara və onların nüfuz müvəkkilliyini icra edənlərə gəldikdə isə onların Azərbaycana qarşı münasibəti bəllidir. Bu təşkilatlar uzun illərdir ki, Ermənistanın və erməni diasporunun ölkəmizin nüfuzuna zərbə vurmaq üçün həyata keçirmək istədikləri ssenarilərin icraçıları funksiyasını yerinə yetirirlər. Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də baş verənlərin fərqindədir. Təbii ki, ölkəmizə qarşı aparılan bu kampaniya hər zaman olduğu kimi yenə iflasa uğrayacaq".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB