Politoloq: "Hər kəs törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməlidir" AÇIQLAMA
"Hər bir şəxs törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Mehman Hüseynov da etdiyi əməlinə görə həbs edilib". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, "hüquq müdafiəçiləri" Mehman Hüseynovun həbsi ilə əlaqədar ölkəmizə çağırış etməkdənsə, onun fəaliyyətini araşdırsınlar: "Azərbaycanda insan hüquqlarının tapdalanması ilə bağlı suallara ötən ilin sonunda ən yüksək səviyyədə, Azərbaycan Prezidenti tərəfindən cavab verilib. Sadəcə olaraq bəziləri diqqəti cəlb etməyə, bu məsələləri yenidən gündəmə gətirməyə cəhd edirlər. Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Ölkəmizdə heç kim sosial şəbəkələrdə yaydığı fikirlərə və ya ideyasına görə təqib edilmir, həbs olunmur. Sadəcə əməlində cinayət tərkibi olan hər kəs öz cəzasını çəkir".
Politoloq qeyd edib ki, əlavə edib ki, məsələdən narazı olanlar yuxarı məhkəmə instansiyalarına müraciət edə bilərlər: "Azərbaycanda vətəndaşlar məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə etmək hüququna malikdirlər. Bu baxımdan kimlərinsə ölkəmizin məhkəmə və hüquq sistemiin çıxardığı qərarları kölgə altına salmaq istəməsi yolverilməzdir. Azərbaycanda xeyli blogerlər var ki, onlar öz fikirlərini sərbəst şəkildə çatdırmaq hüququna malikdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB