Siyasi şərhçi: “Bəzi qonşularımız bunu düzgün dəyərləndirə bilmir” MÜNASİBƏT
"İran Azərbaycanın qonşusudur. Təbii ki, bizim dövlətimiz bütün qonşularla, o cümlədən İranla dost münasibətlərinə üstünlük verir. O baxımdan cənab Prezidentin səfəri önəmlidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, bəzən İran müsəlman qardaş deyərək Azərbaycanın maraqlarına zidd addımlar atır: "Özəlliklə də Ermənistanla münasibətləri məsələsində. Ona görə də Azərbaycan Prezidentinin səfəri, səfər ərzində aparılan danışıqlar, məncə, bu gerçəkləri İran rəsmilərinə təkrar çatdırmaq üçün faydalı olacaq. İstənilən halda Azərbaycan dövləti İran da daxil olmaqla bütün qonşularına münasibətdə dinc yanaşma siyasəti yürüdür. Lakin bəzən bəzi qonşularımız bunu düzgün dəyərləndirə bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB