Novruz Məmmədov: "Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür"

Novruz Məmmədov: "Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür"

"Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu səfərlər həm müxtəlif beynəlxalq tədbirlər, həm də ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanla əməkdaşlığın, Azərbaycanla əlaqələrin inkişafına böyük bir ehtiyacın olduğunu nümayiş etdirir: "Yəni dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi görünür. Bu nöqteyi-nəzərdən Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür. Dövlət başçısının Qətərə rəsmi səfəri zamanı iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın cari vəziyyəti, perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul edildi. Düşünürəm ki, iki ölkə arasında bundan sonra kənd təsərrüfatı, energetika, turizm, ikitərəfli insvestisiya qoyuluşu, aviareyslərin intensivləşdirilməsi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanlar var. Səfər zamanı bu istiqamətlərdə müzakirələr aparıldı. Bu səfərin, müzakirələrin nəticələrini də tezliklə görəcəyik".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə