Deputatlar Parisə gedir

Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

Tədbirlərdə Hökumət səviyyəsində korrupsiya, Yeni Tunis hökumətinin yürütdüyü siyasət, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə