"Hər bir universitet, məktəb və uşaq bağçalarında işğal altında olan ərazilər üçün müəyyən layihələr hazırlamaq üçün kifayət qədər mövzu var". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası" (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı deyib. Onun sözlərinə görə, sözügedən konsepsiya , yayılmalı və geniş vüsət almalıdır: "Gənclərə geniş yol açmaq lazımdır. Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçiləndə müasir Azərbaycan gəncinin yetişməsi üçün əlindən gələni edəcəyəni vurğulamışdı və artıq bu fikir öz təsdiqini tapmış olur".
Ölkə başçısının Cocuq Mərcanlı ilə bağlı sərəncamının xüsusi əhəmiyyət daşıdığını deyən Ə.Həsənov qeyd edib ki, prezidentin verdiyi sərəncam həmin ərazinin siyasi mahiyyətini gücləndirdi: "Bu gün bütün dünya Cocuq Mərcanlıdan danışır. Bəlkə də Cəbrayıl sakinlərinin əksəriyyəti əvvəllər həmin ərazini tanımırdı. Ancaq indi hər şey başqadır".
Ə.Həsənov indiki gənclərin vətənpərvərlik ruhunda böyüməsini vacib hesab edib: "Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək, nəticələri aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu yolverilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB