Qaradağda YAP-ın hesabat-seçki yığıncaqları davam edir FOTOLAR

Qaradağda YAP-ın hesabat-seçki yığıncaqları davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncağları davam edir. SİA-nın verdiyi məlumata görə, bu dəfə yığıncaq 3 saylı Texnoloji Nəqliyyat İdarəsində keçirilib.

Yığıncaqda YAP Qaradağ rayon təşkilatı aparatının məsul işçiləri Hacı İbrahimov, Məzahir Tağıyev və Ramiz Yusubov iştirak ediblər. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Nəriman Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Sonra çıxış edən Novruzova Esmira və Nağıyev Fədayət partiya üzvlərinin ölkənin inkişafında, ictimai-siyasi işlərdə fəal olduqlarından danışıblar.

Sonda ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə