Azər Həsrət: “İnsanlarımız informasiya yayarkən diqqətli olmalıdırlar” AÇIQLAMA
"Bəzi adamlar informasiya axtarışı zamanı düşmənin məqsədli şəkildə içimizə ötürdüyü informasiyaları yayırlar. İkincisi bir tərəfdən isə insanlarımız arasında maarifləndirmə işini gücləndirmək lazımdır. Onlara izah etmək lazımdır ki, Müdafiə Nazirliyi xaricində ümumiyyətlə isə dövlətin xaricində yayımlanan istənilən informasiyaya şübhə ilə yanaşmaq lazımdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, insanlarımız anlamalıdır ki, Ermənistan Azərbaycana qarşı sadəcə hərbi əməliyyatlar aparmır, həm də informasiya savaşı aparır: "İnformasiya savaşının tərkib hissəsi olaraq yanıldıcı informasiyaların bolluğunu yaradır. Bu informasiyalar bəzən bizə Azərbaycanın mənafeyinə xidmət edən kimi görünür amma əslinə qalanda bu bizim özümüzə qarşı çevrilir.
Ötən gün də belə bir təxribata cəhd oldu. Biz gecə ilə müxtəlif tədbirlər gördük və videoların silinməsinə nail olduq. Həmin yayılan videolar sadəcə olaraq qondarma idi. Onlar bizim vəhşi obrazımızı dünyaya tirajlamaq üçün edirdilər. Təəsssüflər olsun ki, həmin videonu paylaşan, onu dəstəkləyənlərin də çoxu Azərbaycanlılar idi. Biz tədbir gördük, şikayətimizi etdik və münasibətimizi bildirdik. Əslində bu cür informasiyalar əleyhimizə işləyir. İnsanlarımız informasiya yayarkən diqqətli olmalıdırlar. Əgər mənbə ciddi, güvənilir deyilsə, əlbəttə ki, elə informasiyalar yayınmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB