Beynəlxalq ekspert: “Hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq” MÜNASİBƏT
"Son günlər cəbhə xəttində yaşayan gərginlik onu göstərir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də provokasiyalara əl atır". Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, işğalçı ölkə Azərbaycanın həm hərbi, həm də siyasi reaksiyasını yoxlamaq üçün bu kimi addımları əl atır: "Burada adekvat addım odur ki, vaxtında düşmən susdurulsun və provokasiyaya uğramayaq. Provokasiyaya uğramamaq isə odur ki, Azərbaycan sülh yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Ancaq dəfələrlə həm ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən, həm də Müdafiə Nazirliyi tərəfindən qeyd olunduğu kimi Azərbaycanın kifayət qədər hərbi potensialı varki bu məsələni bir yolla həll etsin.
Yəni hər iki potensiala malik olaraq Azərbaycan hal-hazırdakı vəziyyətdə yalnız bu provokasiyaların qarşısını almaq, düşməni susdurmaq və itkiləri azaltmaqdır. Rəsmi Bakının əsas məqsədi bu olmalıdır. Təbii ki, bunu da Azərbaycan edir. Amma əfsuslar olsun ki, ordumuz şəhidlər verir və çox acınacaqlı haldır. Biz bütün bunları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu da bizim böyük siyasi dividentlərimizdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB