“Apreldə ona görə uduzduq ki...” ERMƏNİ BAŞ NAZİR

“Apreldə ona görə uduzduq ki...” ERMƏNİ BAŞ NAZİR

Ermənistanın baş naziri Karen Karapetyanın ölkəsinin parlamentindəki son bəyanatı hakimiyyət daxilində və erməni ictimai rəyində qalmaqal yaradıb. SİA xəbər verir ki, Ermənistanda dərc edilən "Joxovurd" qəzetinin yazdıqlarını panorama.am saytı tirajlayıb. Erməni nəşrinin yazdığına görə, baş nazir sözlərini əsaslandırarkən deyib ki, ordudakı problemlərdən biri yanacaq qıtlığı və bu səbəbdən texnikanın işləməməsi olub. "İndi bəlli olur ki, dizel yanacağına kerosin qatqısı vurulur və bu cür yararsız yanacaq bazarlara çıxarılaraq satılır"-deyə, qeyd edən erməni baş nazir sözlərinə əlavə olaraq etiraf edib ki, aprel müharibəsi günlərində müxtəlif bənzər hallar yaşanıb: "Nəticədə hərbi texnikamız işləməyən vəziyyətdə qalıb".

"Baş verənlərə xəyanətdən başqa ad vermək doğru deyil. Məhz bu kimi dələduzluq üzündən hərbi texnika işləmədi və biz itkilər verdik. İndi də belə bir sual yaranır, nəyə görə hazırkı günə qədər bu faktlarla bağlı cinayət işi qaldırılmayıb, ümumiyyətlə, buna görə kimsə cavab verməyəcəkmi?!"-deyə adıçəkilən nəşr Karen Karapetyanın sözlərini şərh edərkən yazıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə