Türkiyənin daxili işlər nazirliyi milliyyətcə kürd olan və əyalətlərin birində mer vəzifəsi daşıyan Sıre Sakini istefaya göndərib. SİA xəbər verir ki, bu barədə "Cümhuriyyet" yazır. Məlumata görə, o PKK terrorçu təşkilatını açıq şəkildə dəstəkləyən "HDP"-nin üzvü olub və qondarma erməni soyqırımının tanıdılması, eyni zamanda Türkiyənin dövlətçilik maraqlarına zidd istiqamətdə separatçı çıxışlar edib. Artıq onun istefası reallaşdırılıb və müvəqqəti işləri həyata keçirən yeni şəxs onun rəsmi kürsüsünə sahib çıxıb.
Qeyd olunur ki, sabiq mer deputat olduğu dövrlərdə "Türkiyədə erməniləri öldürmək ənənəsi mövcuddur" ifadəsini işlətmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB