“Düşmən ağır zərbələr alacaq hamımız eşidəcəyik” Üzeyir Cəfərov - MÜNASİBƏT

“Düşmən ağır zərbələr alacaq hamımız eşidəcəyik” Üzeyir Cəfərov - MÜNASİBƏT

"Ermənistanın həm əvvəlki, həm də hazırkı siyasi-hərbi rəhbərlərinin ağılsız və düşüncəsiz addımları bu vassal ölkəni böyük sürətlə fəlakətlərə aparır. Diqqət edin ki, son vaxtlar bunlar sanki zəncirdən buraxılan buğa kimi "yetənə yetir, yetməyənə isə daş atırlar". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, həm daxildə, həm də xaricdə son vaxtlar ermənilərin cinayətkar başçısı Serj Sarkisyan və az sayda qalan yaxın ətrafı diqqəti öz üzərindən yayındırmaq üçün Qarabağda müxtəlif istiqamətlərdə gərginliyin yaradılması üçün aktiv fəaliyyətə başlıyıb: "Xüsusən də indiyə kimi bir o qədər də atəşkəs rejiminin pozulması ilə diqqəti cəlb etməyən Xocavənd-Füzuli istiqamətində kəşfiyyat-diversiya xarakterli hərəkətlər etməyə, təmas xəttinin yaxınlığına xeyli canlı qüvvə və əlavə ağır texnika cəmləməyə başlamışdı. Bütün bunlar bizim komandanlığa məlum idi və qəhrəmancasına həlak olan şəhid kəşfiyyatçılarımız da düşmənin fəaliyyətini izləmək, əlavə məlumat toplamaq məqsədi ilə neytral ərazidə olarkən xain ermənilərin atəşinə və həmləsinə məruz qaldılar. Allah cəmi Vətən uğrunda həlak olan övladlarımıza rəhmət eləsin. Onların hər biri düşmənə 5-10 qat artığı ilə zərbə vurmağı bacaran igidlər olublar.

O ki qaldı düşmənin təxribat məqsədiylə yaydığı videolara, mən hesab edirəm ki, bu informasiya müharibəsinin bir elementi kimi bizim əhval-ruhiyyəmizə təsir göstərmək, müəyyən çirkin məqsədlər üçün istifadə olunan metdolardan biridir. Nazrahatçılığa əsas yoxdur. Əksinə, yaxın günlərdə düşmənin hansı ağır zərbələr alacağını hamımız eşidəcəyik. Buna hər kəs əmin ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə