Əkbər Qoşalı: “Sammit iktərəfli və çoxtərəfli münsaibətlərə öz töhfəsini verəcək" AÇIQLAMA
"Pakistan Azərbaycanımızın dövlət müstəqiliyini ilk tanıyan dövlətlərdən biridir. Üstəlik, bu tanınma yalnız kağız üzərində qalan bir akt olmayıb, ötən illər ərzində dövlətlərarası münasibətlərimiz günbəgün inkişaf edib. Özü də, illər uzunu prezidentlər, hökumətlər dəyişsə də, qarşılıqlı münasibətlər ancaq irəliyə doğru dəyişib. Əlbəttə, bu inkişafda tarix, ruh bağlılığımızın öz yeri, rolu vardır". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, cənab prezidentin Pakistana səfəri, İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirakı iktərəfli və çoxtərəfli münsaibətlərə öz töhfəsini verəcək: "Dövlət başçılarının səfərləri, görüşləri, imzalanan sənədlər, qəbul edilən qərarlar, gələcəyə yönəlik addımlarla xarakterizə olunur. İnanırıq ki, dünya, bölgə və biləvasitə respublikamız üçün həssas dönəmdə bu və bu kimi səfərlər, görüşlər, yeni sənədlərin qəbulu, Vətənimizə qarşı elan olunmamış haqsız savaşda əlimizi gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB