Terrorçular generalı qətlə yetirdilər HOMSDA

Terrorçular generalı qətlə yetirdilər HOMSDA

"Cəbhət Ən-Nusra" terrorçuları Suriyanın Homs şəhərinin hərbi komandanlığının binasına hücum edərək təhlükəsizlik qüvvələri ilə silahı qarşıdurmaya gediblər. Məqsəd hərbi komandanlığın binasına daxil olaraq orada intiharçılar vasitəsilə partlayış törətmək olub. SİA İtar Tass agentliyinə istinadən xəbər verir ki, qərargahın müdafiəsini həyata keçirən təhlükəsizlik qüvvələri terrorçuların qarşısını ala bilsələr də intiharçılardan bir neçəsi binaya daxil olmağı bacarıb. Onlar üzərlərinə bağladıqları "şəhid kəməri" vasitəsilə partlayış törədiblər. Partlayış nəticəsində 30 nəfər hökumət əsgərləri ölüb, bir o qədəri də yaralanıb.

Ölənlər arasında Homs hərbi təhlükəsizlik komandanlığının rəisi, general Həsən Dəəbulun da olduğu bildirilir. İntiharçı hücumları Homsun Quta və Mahatta rayonlarında da baş verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə