Əli Əhmədov: "Ordumuzun döyüş qabiliyyəti çox yüksəkdir"

"Xocalı soyqırımının ildönümü ərəfəsində cəbhədə təxribatın törədilməsi ermənilərin xislətindən xəbər verir"
Əli Əhmədov: "Ordumuzun döyüş qabiliyyəti çox yüksəkdir"

"Ermənilər müxtəlif bəhanələrlə cəbhədə tez-tez təxribatlar törədir. Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Görünür heç əl çəkmək də istəmirlər. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinə və Azərbaycan ordusunun mövqelərinə hücum etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı ara qarışdıran xislətindən xəbər verir: "İnanıram ki, Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən qalib çıxmağa hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə