Fransanın maliyyə prokurorluğu Fransa prezidentliyinə namizəd Fransua Fiyyonun arvadını işə düzətlməsi ilə bağlı araşdırmalara başlayıb. SİA xəbər verir ki, bu barədə "Le Parisien" yazır. Məlumata görə, sənəddə şəxsi məqsədlər üçün xərclənən pulların büdcədən oğurlanması halları yer alıb.
Belə ki, Fiyyon arvadı ilə birgə digər fransız nəşri - "Le Canard Enchaine"də dərc edilən qalmaqallı yazıdan sonra diqqət mərkəzinə düşüblər. Qeyd olunur ki, Fransuanın arvadı Penelopa bir neçə il Fransanın milli assambleyasında (parlamentin aşağı palatası-red.) ərinin şəxsi köməkçisi kimi işləyib. Lakin bununla yanaşı, o heç bir məsuliyyət daşımayıb. Halbuki bu "işə" görə Penelopa ümumilikdə 500 min avro maaşa imza atıb.
Maraqlıdır ki, bənzər ittihamlarla onun uşaqları da qarşılaşıb. Daha öncə Fransua Fiyyon bəyan etmişdi ki, əgər ona qarşı rəsmi ittihamlar irəli sürülərsə, prezident seçkilərindəki namizədliyindən imtina edəcək. Fransa mətbuatı bu qalmaqalın Fiyyonun reytinqinə ciddi təsir etdiyini yazır. Halbuki, buna qədər namizədlər arasında onun populyarlığı kifayət qədər idi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB