Əli Əhmədov: "Xocalıda evsiz-eşiksiz qalanlara lazımi köməklik göstərilir"
"Qarabağ müharibəsində şəhid olanların, müharibən ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazım olan və imkanı daxilində bütün tədbirləri görür və addımlar atır". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 uşağın mənzillə təminatina münasibət bildirərkən deyib.
O bldirib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir, onlara şəraitlər yaradılır: "Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB