13 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb YENİLƏNİR

13 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb YENİLƏNİR

Bu gün 13 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Universiteti və "SƏS" Media Qrupun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir başlamazdan öncə, məktəbin foyesində Xocalıya həsr edilmiş rəsm əsərlərinə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bundan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi açan 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı Soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Y.Sadıqova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Sonra Azərbaycan Universitetinin professoru Qabil Əliyevin soyqırımı ilə bağlı fikirləri dinlənilib. Daha sonra Azərbaycan Universitetinin sifarişi ilə "SƏS" İnternet televiziyasının hazırladığı film nümayiş etdirilib. Sonda Azərbaycan Universiteti və 13 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı "Fəryad" kampozisiyası və Xocalı səhnəciyi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə