Zeynəb Xanlarova: "Torpaqlarımızı geri qaytarmalıyıq"

Zeynəb Xanlarova: "Torpaqlarımızı geri qaytarmalıyıq"

"Neçə illərdir ki, Milli Məclisdə Xocalı ilə bağlı çıxışlar edilir. Amma bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşidirik. 25 ildə nə qədər şəhid vermişik. Ondansa müharibə edək, torpaqlarımızı geri qaytaraq". SİA-nın xəbərinə görə, bu millət vəkili Zeynəb Xanlarova Milli Məclisdə çıxışı zamanı deyib.

"25 ildir ki, Milli Məclisdə danışıqlar aparılır, amma onlar heç kimə gedib çatmır. Bu danışıqlara qulaq asan yoxdur. Müharibə edib, torpaqlarımızı almalıyıq. Biz onlardan torpaq almırıq, biz öz torpaqlarımızı geri qaytarmalıyıq. 25 ildir nə qədər anaların gözü yaşlı qalıb. Ya ölüm, ya da qalım olmalıdır. ATƏT-ə qulaq asmaq lazım deyil. Çünki 25 ildir ki, bu məsələ müzakirə olunur, amma ortada bir nəticə yoxdur. Azərbaycanın müharibə etmək gücü var. Bunun üçün icazə almaq lazım deyil. Xocalını geri qaytarmaq lazımdır" -deyə. Z. Xanlarova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə