Oqtay Əsədov: "Xocalını törədənlər layiqli cəzalarını alacaqlar"

Oqtay Əsədov: "Xocalını törədənlər layiqli cəzalarını alacaqlar"

"Xocalı xalqımızın başına gətirilən ən dəhşətli faciədir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ermənilər 1992-ci ildə Xocalıda etnik təmizləmə həyata keçiriblər.

Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər tərəfindən verildiyini deyən spiker qeyd edib ki, Xocalının soyıqırımı kimi tanıdılması istiqamətində işlər davamlı olaraq həyata keçirilməkdədir: "Hazırda Xocalının tanıdılması istiqamətində işlər görülür. Bu işlərin nəticəsidir ki, bir çox ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 22 ştatı faciəni soyıqırımı kimi qəbul edilib. Xocalının dünya ictimaiyyətinə tanıdılması istiqamətində Milli Məclis də öz fəaliyyətini davam etdirməkdədir. Belə ki, deputatlarımız iştirak etdiyi beynəlxalq tədbirlərdə məsələni diqqətdə saxlayır, parlament üzvləri hər il faciənin ildönümü ərəfəsində bir çox ölkələrdə həyata keçirilən anım tədbirlərində iştirak edirlər".

Spiker qeyd edib ki, Milli Məclis tərəfindən Xocalı soyqırımı ilə bağlı nəşrlər toplusu işıq üzü görəcək: "Xalqımız heç zaman bu faciəni unutmayacaq. Biz inanırıq ki, xalqımıza qarşı həyata keçirilən vəhşi əməl sahibləri layiqli cəzalarını alacaqlar. Azərbaycan gec-tez torpaqlarımızı işğaldan azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə