Politoloq: "Qarabağa qanunsuz səfər edənlər Ermənistandan asılıdırlar" AÇIQLAMA
"Bir neçə gün bundan öncə, qondarma qurumda təşkil olunan" refendum"u izləməyə gələn beynəlxalq müşahidəçilərin yaydığı fikirləri diqqətlə oxusaq görərik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təqdim etdiyi "qara siyahı" öz təsirini göstərə bilib. Artıq erməni jurnalistləri, eləcə də beynəlxalq müşahidəçilər adlarının həmin siyahıya düşməsi ilə bağlı yaxından maraqlanırlar". Bunu SİA-ya açıqlamasında politioloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağ qanunsuz səfər edənlər bu və ya digər şəkildə Ermənistandan asılıdırlar:"Onların ya ailə üvlərinindən biri erməni, ya Avropada erməni rəhbərliyi altında fəaliyyət göstərir, ya da pula ehtiyacları var. Onlar hansısa formada Ermənistandan asılı olduqları həmin əraziyə gəlməyə məhkumdurlar".
M. Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağa səfər edənlərin əksəriyyəti istefada olan diplomatlar, yaşı keçən siyasətçilər, sabiq deputatlardır: " Bu baxımdan onlar Dağlıq Qarabağa əlavə qazanc məqsədilə gəlirlər. Əminəm ki biz tezliklə XİN-in "qara siyahı"sına düşənlərdən ciddi reaksiya görəcəyik. Çünki Azərbaycanın baş prokurtorluğu həmin şəxsləri İnterpol vasitəsilə axtarışa verib. Dağlıq Qarabağa gəlmək problem deyil. Sadəcə istənilən prosesin qaydası olduğu üçün onlar Dağlıq Qarabağa getmək istəyirsə, hökmən Azərbaycanda icazə almalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB