“Tərbiyəsi olan adam başqa ölkənin sərhədlərini pozmaz” Millət vəkili
"Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərə qarşı cinayət işinin açılması belə səfərlərin qarşısını ala bilər. Çünki bu insanlar bilməlidirlər ki, məsuliyyət daşıyırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hətta həmin şəxslərə qarşı müxtəlif yollarla təzyiq vasitələrini yaşadıqları ölkələrdə də göstərmək lazımdır ki, onlar bilsinlər ki, dövlətin sərhədləri toxunulmazdır və bunu pozmaq olmaz: "Ona görə də Azərbaycan tərəfinin qeyd edilən istiqamətdə addımları, xüsusilə də Prezidentin bu məsələdə prinsipial mövqeyi cəmiyyət tərəfindən dəstəklənir. Lapşin məsələsi bunu bir daha göstərdi. Biz daha qətiyyətli addımlar atmalyıq ki, bir də istər deputatlar, istər başqaları cəsarət edib Dağlıq Qarabağa gəlməsinlər. Dərhal da hamısı barədə cinayət işi açılmalıdır".
Millət vəkili vurğulayıb ki, barələrində cinayət işi açılmış Avropa Parlamentinin bir neçə deputatının həbs edilməsi mümkün olmasa da, ən azı biləcəklər ki, İnterpola sorğu verilib və bunun özü də bir narahatlıq yaradacaq. O, AP üzvlərinin Qarabağa qanunsuz səfərinin tərbiyəsizilikdən irəli gəldiyini deyib: "Çünki tərbiyəsi olan adam başqa ölkənin sərhədlərini pozmaz. Mən məsələn, gedib, Fransanın ərazi bütövlüyünü pozacaq addım atmaram, çünki dövlət tərbiyəmiz buna imkan vermir. Bunların tərbiyəsi aşağıdır, başqa nə ola bilər. Burda siyasi məqsədi və s. hər şeyi başa düşdük, beynəlxalq hüquq var, ona hörmət edilməlidir, dərəbəylik deyil ki, hər kəs istədiyi yerə gedib gəlsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB